"İnter" yeni baş məşqçisinin adı rəsmən açıqlandı
Transfer

"İnter" yeni baş məşqçisinin adı rəsmən açıqlandı

  • 2021-06-03

"Latsio"dan ayrılan Simone İnzaginin "İnter"ə keçidi rəsmiləşib.

İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, istefa verən Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, İnzagi 2015-ci ildən çalışdırdığı “Latsio”ya 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə isə ölkə kubokunu qazandırmışdı.