"Çelsi" Lukaku üçün yeni qiymət təklif etdi
Transfer

"Çelsi" Lukaku üçün yeni qiymət təklif etdi

  • 2021-08-07

Çelsi İnter Milandan keçmiş oyunçusu Romelo Lukakunu yenidən kluba cəlb etmək üçün təklif etdiyi qiyməti qaldırıb.

Çelsi 2014-cü ildə klubu tərk edən Lukakunu yenidən oyunçuları sırasına qatmaqda iddialıdır. Həftənin əvvəlində London klubu İnterə belçikalı üçün 85 mln funtq sterlinq və əlavə olaraq Markos Alonsonu təklif etsə də son İtaliya çempionu sövdələşməyə getməyib. 

Sky sports xəbər verir ki, Çelsi qiyməti artıraraq 93,25 mln funt sterlinqə ( 110 mln avro) çatdırıb və əlavə olaraq heç bir oyunçusunu təklif etməyib. 

Qeyd edək ki, İnter belçikalı hücumçuya 101 mln funt sterlinq (120 mln avro) qiymət qoyub.