Messi Paris klubuna doğru
Transfer

Messi Paris klubuna doğru

  • 2021-08-07

"Barselona"dan ayrılan Lionel Messi karyerasını PSJ-də davam etdirməyə yaxındır.

Fransa mətbuatında verilən xəbər verir ki, 34 yaşlı hücumçu paytaxt təmsilçisi ilə razılaşıb. Məlumata görə, tərəflər 3 illik müqavilə imzalayacaqlar. Argentinalı oyunçu bu klubda illik 40 milyon avro qazanacaq. Keçidin bazar günü rəsmən açıqlanacağı gözlənilir.


Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatıb. Tərəflər sözləşməni yeniləməyiblər.