Merih Demiralın yeni klubu - Rəsmi
Transfer

Merih Demiralın yeni klubu - Rəsmi

  • 2021-08-06

"Yuventus"un futbolçusu Merih Demiralın "Atalanta"ya keçidi rəsmiləşib.

Klubun saytına əsasən, o, 2021/2022 mövsümü icarə əsasında sözügedən klubda keçirəcək. "Atalanta" Turin təmsilçisinə 2.5 milyon avro icarə haqqı ödəyəcək. Berqamo təmsilçisinin bu mövsümün sonu 25 milyon avro ödəyərək Türkiyə millisinin yarımmüdafiəçisini birdəfəlik almaq hüququ var.

Qeyd edək ki, M.Demiral ötən mövsüm "Yuventus"da meydana çıxdığı 24 matçda 1 qol ötürməsi verib.