"Messini transfer etməyi düşünmürük"
Transfer

"Messini transfer etməyi düşünmürük"

  • 2021-08-06

Mançester Sitinin baş məşqçisi Pep Quardiola Lionel Messinin transferinin planlarında olmadığını bildirib.

Messinin Barselona ilə vidalaşdıqdan sonra hansı kluba keçəcəyi futbol aləmində böyük maraq doğurub. Argentinalının adı ən çox Mançester Siti ilə hallansa da Quardiola bu fikirlərə aydınlıq gətirib. O, Qrilişin transferindən sonra Tottenhemin hücumçusu Harri Keyni hədəflədiyini bildirib və Messinin bu planlarla daxil olmadığını qeyd edib.

Quardiola, həmçinin, Keynin transferindən söz açıb: "Keyn Tottenhemin oyuçusudur. Əgər klub danışıqlara getməsə, deməli məsələ bitib".

Qeyd edək ki, Siti Tottenhemin ulduz oyunçusu üçün 100 mln funt sterlinq təklif etsə də London klubu bu təklifi rədd edib.