Arsenal Lesterin yarımmüdafiəçisi ilə maraqlanır
Transfer

Arsenal Lesterin yarımmüdafiəçisi ilə maraqlanır

  • 2021-08-05

Arsenal Lesterin oyunçusu Ceyms Meddisonu transfer etməyi düşünür.

Sky sports xəbər verir ki, 24 yaşlı Meddison, London klubuna keçməyə həvəslidir, baxmayaraq ki, "tülkülər" son iki mövsümdə PL cədvəlində Arsenalı qabaqlayıblar.

Qeyd edək ki, Arsenal bu yay Braytonun müdafiəçisi Ben Uaytın transferinə 50 mln funt sterlinq xərcləyib. Lesterin tələbinə uyğun qiymət təklif etməkdə çətinlik çəkəcəyi gözlənsə də, Arsenal sövdələşmənin bir hissəsi kimi kluba oyunçu da verməyə hazırdır.