"Tottenhem" Keyni itirsə onu alacaq
Transfer

"Tottenhem" Keyni itirsə onu alacaq

  • 2021-08-05

"Tottenhem" komandadan ayrılmaq istəyən Harri Keynin əvəzləyicisini tapıb.

Bu barədə İspaniya mətbuatından "Mundo Deportivo" məlumat yayıb. London klubu Keynin "şəhərlilər"ə keçəcəyi təqdirdə "Barselona"nın oyunçusu Felipe Koutinyonu sıralarına qatmağı planlaşdırır.

Bildirilir ki, Koutinyo özü də Kataloniya klubundan ayrılmaq və mütəmadi oyun şansı ala biləcəyi bir komandaya keçmək istəyir.

Qeyd edək ki, Koutinyo geridə qalan mövsüm La Liqada 12 matçda 2 qol vurub və 2 qolun ötürməsini verib