Liverpul Şakiriyə 15 mln avro qiymət qoydu
Transfer

Liverpul Şakiriyə 15 mln avro qiymət qoydu

  • 2021-08-05

Liverpul Cerdan Şakiri üçün 12,75 mln funt sterlinq tələb edir.

İsveçrəli oyunçunun Anfilddəki müqaviləsinin bitməyinə iki il qalsa da Sevilya, Vilyareal və Napoli kimi klublar onunla yaxından maraqlanır.

Qeyd edək ki, Bayern Münxenin sabiq hücumçusu, 2018-ci ildə Stokdan Mersisayd klubuna 13 mln funt sterlinqə transfer olmuşdu.