Qriliş Mançesterdə həkim yoxlanışından keçəcək
Transfer

Qriliş Mançesterdə həkim yoxlanışından keçəcək

  • 2021-08-04

Aston Villanın kapitanı, Cek Qriliş, 5 avqustda həkim yoxlanışından keçmək üçün Mançesterə gedəcək.

30 iyul Mançester Siti İngiltərə millisinin oyunçusu Qriliş üçün Villaya 100 mln funt sterlinq təklif etmişdi. Klubun talismanını itirmək istəməsə də, məbləğə qane olduğu üçün Aston Villanın təkliflə razılaşması gözlənilir.

Transfer baş tutsa, Qriliş, Pol Poqbanı keçərək ingilis futbolu tarixində ən bahalı oyunçu olacaq. Qeyd edək ki, Mançester Yunayted, Fransa millisinin yarımmüdafiəçisini 2016-cı ildə 93 mln funt sterlinqə Yuventusdan transfer etmişdi.