"Bavariya" bu müdafiəçini istəyir
Transfer

"Bavariya" bu müdafiəçini istəyir

  • 2021-08-04

"Bavariya" heyətini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir.

İtaliya mətbuatına əsasən, Münhen təmsilçisi "Yuventus"un oyunçusu Danilonu sıralarına qatmaq istəyir. Klub artıq 30 yaşlı müdafiəçi üçün Turin təmsilçisinə təklif də göndərib. Lakin A seriyası klubu bütün təklifləri rədd edib. Bildirilir ki, "Bavariya" futbolçunu almaqda israrlıdır və qarşı tərəfə yenidən təklif göndərəcək.

Qeyd edək ki, Danilo 2019-cu ildən "Yuventus"da oynayır.