Demiral karyerasını "Atalanta"da davam etdirməyə yaxındır
Transfer

Demiral karyerasını "Atalanta"da davam etdirməyə yaxındır

  • 2021-08-04

"Yuventus"un futbolçusu Merih Demiral karyerasını "Atalanta"da davam etdirməyə yaxındır.

Jurnalist Nikolo Skiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, klublar Türkiyə millisinin üzvünün 1 illik icarəsi ilə bağlı razılığa gəliblər. Razılığa əsasən, "Atalanta" növbəti mövsümün sonu 28 milyon avro ödəyərək 23 yaşlı müdafiəçini birdəfəlik ala biləcək.

Qeyd edək ki Demiral ötən mövsüm İtaliya A seriyasında 15 matçda meydana çıxıb.