Van Bommelin yeni iş yeri
- 2021-06-02
Niderlandlı məşqçi Mark van Bommel Almaniyada çalışacaq.
44 yaşlı mütəxəssis “Volfsburq”un baş məşqçi təyin olunub. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Van Bomellə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Niderlandın PSV komandasını çalışdıran mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.