"Bavariya"da Naqelsmann dönəmi başlayır
Transfer

"Bavariya"da Naqelsmann dönəmi başlayır

  • 2021-04-30

Almaniyanın "Bavariya" klubunu yeni mövsümdən etibarən "Leyptsiq"in baş məşqçisi Yulian Nagelsmann çalışdıracaq.

Münhen təmsilçisi 33 yaşlı mütəxəssislə razılığa gəlib. O, mövsümün sonunda klubdan ayrılacağını açıqlayan Hans-Diter Fliki əvəzləyəcək.

Naqelsmann 2016-2019-cu illərdə "Hoffenhaym"ı çalışdırıb. Almaniyalı mütəxəssis 2019-cu ildən "Leyptsiq"in baş məşqçisidir.