Futbol yarışında 2-ci finalçı da bilindi - Tokio-2020
Milli komandalar

Futbol yarışında 2-ci finalçı da bilindi - Tokio-2020

  • 2021-08-03

Tokio-2020 Yay Olimpiya Oyunlarında futbol turnirində ikinci finalçı da müəyyənləşib.

Yaponiyanın U-23 yığması İspaniya ilə qarşılaşıb. Görüşdə 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. 115-ci dəqiqədə Marko Asensio İspaniyaya qələbə qazandıran qolu vurub - 1:0.

Beləliklə, həlledici matçda Braziliya və İspaniya U-23 komandaları qarşılaşacaq. Final avqustun 7-də Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Yarımfinalda uduzan Meksika və Yaponiya isə bürünc medal uğrunda oyuna çıxacaq. Həmin qarşılaşma isə avqustun 6-da Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində finalçılar bəlli olub. İsveç və Kanada yığmaları qızıl medal uğrunda matça çıxacaq. Görüş avqustun 6-da Bakı vaxtı ilə 06:00-da başlayacaq.