Braziliya finalda - Tokio-2020
Milli komandalar

Braziliya finalda - Tokio-2020

  • 2021-08-03

Tokio-2020 Yay Olimpiya Oyunlarında futbol turnirində ilk finalçı müəyyənləşib.

Bu Braziliyanın U-23 millisidir. Komanda yarımfinalda Meksikaya penaltilər seriyasında 4:1 hesabı ilə qalib gələrək buna nail olub.

Meksika U-23 - Braziliya U-23 - 0:0 (penaltilər seriyası - 1:4)

Qeyd edək ki, Braziliya həlledici matçda Yaponiya U-23 - İspaniya U-23 cütünün qalibi ilə qarşılaşacaq.