ABŞ-ın kişilərdən ibarət milli yığması qadın rəqiblərinə dəstək oldu
- 2021-07-31
ABŞ-ın kişilərdən ibarət milli yığması qadın rəqiblərinin bərabər maaş üçün açdığı məhkəmə davasında onlara dəstək oldu.
Yığma, məhkəməyə təqdim etdiyi sənəddə bildirir ki, onların qadın rəqibləri nəinki bərabər maaşı haqq edirlər, hətta yaşıl meydançadakı inanılmaz uğurlarına görə daha artıq kompensasiya almalıdırlar. "ABŞ Futbol Federasiyası, ABŞ kişi və qadın yığmalarını "Bir millət. Bir komanda" sloqanı altında reklam edir. Lakin 30 ildən çoxdur ki, Federasiya qadın yığmasına ikinci dərəcəli vətəndaşlar kimi davranır" - kişi yığması sənəddə bu hissələri xüsusi qeyd edib.
Nəzərə çatdıraq ki, gender diskriminasiyası nəticəsində Bərabər Məvacib Aktına vurulan 66 mln $ ziyanın ödənilməsi üçün ABŞ-ın qadın millisi ABŞ Futbol Federasiyasını məhkəməyə verib.
ABŞ - qadınlardan ibarət milli yığması 2019-cu il "Qadınların Dünya Çempionatı"nda Hollandiyanı məğlub edərək çempionluq tituluna sahib olmuşdur.