Kapitan millidən getdi
Milli komandalar

Kapitan millidən getdi

  • 2021-07-17

İsveç millisinin kapitanı Sebastyan Larsson yığma karyerasını bitirib.

Bu barədə futbolçu sosial şəbəkə hesabında paylaşım edib. Bununla da, 36 yaşlı yarımmüdafiəçinin İsveç millisindəki 13 illik karyerası sona çatıb.

Qeyd edək ki, ölkəsinin AİK klubunda çıxış edən Larsson İsveç yığmasının heyətində bir dəfə dünya, dörd dəfə Avropa çempionatında çıxış edib.