"Avro-2020"nin ən yaxşı qolu
- 2021-07-14
Avro-2020-nin ən yaxşı qolu açıqlanıb.
UEFA-nın rəsmi saytına əsasən, azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Çexiya millisinin üzvü Patrik Şikin Şotlandiyaya vurduğu qol turnirin ən yaxşısı seçilib.
2-ci yerdə İtaliya yığmasının üzvü Lorenzo İnsinyenin Belçikanın qapısına vurduğu qol qərarlaşıb. İlk "3-lüy"ü isə Fransa millisinin üzvü Pol Poqbanın İsveçrəyə vurduğu qol bağlayır.
Avro-2020-nin ən yaxşı 10 qolu
1. Patrik Şik (Çexiya) - Şotlandiyanın qapısına
2. Lorenzo İnsinye (İtaliya) - Belçikanın qapısına
3. Pol Poqba (Fransa) - İsveçrənin qapısına
4. Luka Modriç (Xorvatiya) - Şotlandiyanın qapısına
5. Kevin De Brüyne (Belçika) - Danimarkanın qapısına
6. Mikkel Damsqaard (Danimarka) - İngiltərənin qapısına
7. Alvaro Morata (İspaniya) - İtaliyanın qapısına
8. Andrey Yarmolenko (Ukrayna) - Niderlandın qapısına
9. Federiko Kyeza (İtaliya) - İspaniyanın qapısına
10. Kriştiano Ronaldo (Portuqaliya) - Macarıstanın qapısına