"Avro-2020"nin rəmzi komandası
Milli komandalar

"Avro-2020"nin rəmzi komandası

  • 2021-07-13

AVRO-2020-nin rəmzi komandası açıqlanıb.

UEFA-nın saytına əsasən, ən yaxşı "11-lik"də Avropa çempionu olan İtaliya millisindən 5  futbolçu yer alıb. Heyətdə həlledici görüşdə uduzan İngiltərə yığmasından 3, Danimarka, İspaniya və Belçika millilərindən isə hərəyə 1 futbolçu yer alıb.

Qapıçı: Canluici Donnarumma (İtaliya)

Müdafiəçilər: Kayl Uolker, Harri Maquayr (hər ikisi İngiltərə), Leonardo Bonuççi, Leonardo Spinattsola (hər ikisi İtaliya)

Yarımmüdafiəçilər: Jorjinyo, Federiko Kyeza (hər ikisi İtaliya), Pyer-Emil Höybyerq (Danimarka)

Hücumçular: Romelu Lukaku (Belçika), Rəhim Sterlinq (İngiltərə), Pedri  (İspaniya)