Argentina İtaliya ilə qarşılaşa bilər
Milli komandalar

Argentina İtaliya ilə qarşılaşa bilər

  • 2021-07-13

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) UEFA-ya Amerika kuboku və Avropa çempionatının qalibləri arasında bir oyuna ev sahibliyi etməyə dəvət edib.

Bu barədə amerikalı jurnalist Sezar Luis Merlot özünün "Tvitter" hesabında yazıb.

İtaliya millisi Avropa çempionu, Argentina isə Amerika kubokunun qalibi olub.

CONMEBOL UEFA-ya Argentina və İtaliya arasında bir növ çempionat matçı təşkil etməyi təklif edir. Bununla bağlı artıq danışıqlar aparılır. Sıx təqvim səbəbi ilə oyunun bu il keçirilməsinin çətin olacağı, ancaq gələn il təşkil edilə biləcəyi vurğulanıb.