"Dünya çempionatı üçün toparlanacağıq"
- 2021-07-12
İngiltərə millisinin kapitanı Harri Keyn Avro-2020-nin finalında İtaliyaya uduzduqları matç (əsas və əlavə vaxt 1:1, penaltilər seriyası - 2:3) haqqında danışıb.
Xarici KİV-lərə əsasən, 27 yaşlı hücumçu məyusluğunu ifadə edib:
"Dünən gecədən bəri məyusuq. Bu, bizi uzun müddət müşayiət edəcəkd. Bu günə qədər gəldik və o qədər maneələri aşdıq ki, bunun sonu ola bilməz. Birlikdə qələbə qazanırıq, birlikdə məğlub oluruq və birlikdə dünya çempionatı üçün yenidən toparlanacağıq. Azarkeşlərə deyirəm ki, bu yay göstərdiyiniz bütün dəstəyiniz üçün təşəkkür edirəm".