Bonuççi Avropa çempionatları tarixinə düşdü
Milli komandalar

Bonuççi Avropa çempionatları tarixinə düşdü

  • 2021-07-12

Avro-2020-nin qalibi olan İtaliya yığmasının futbolçusu Leonardo Bonuççi turnirin tarixinə düşüb.

"Opta"ya əsasən, İngiltərə ilə həlledici matçda fərqlənən müdafiəçi Avropa çempionatları tarixində finallarda qol vuran ən yaşlı futbolçu olub. O, 34 yaş 71 günlüyündə bunu bacarıb. Buna qədər isə rekord almaniyalı Bernd Helçenbayna məxsus idi. O, 1976-cı ildəki finalda 30 yaş 103 günlüyündə qol vurub.

 

Xatırladaq ki, İtaliya yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçda İngiltərəni penaltilər seriyasında 3:2 hesabıyla məğlub edərək Avropa çempionu olub.