"Avro-2020"də ən yaxşı gənc futbolçu
- 2021-07-12
Avro-2020-nin ən yaxşı gənc futbolçusu müəyyənləşib.
UEFA-nın saytına əsasən, yarışın ən yaxşısı İspaniya millisinin üzvü Pedri seçilib.
Pedri Avro-2020-də 629 dəqiqə meydana olub. O, 6 matça çıxıb. Pedri ümumilikdə 76, 1 km məsafə qət edib. 18 yaşlı yarımmüdafiəçinin verdiyi ötürmələrin dəqiqliyi isə 92,3 faiz olub.
Qeyd edək ki, İspaniya yarımfinalda İtaliyaya uduzaraq yarışda mübarizəni dayandırıb. İtaliya isə ötən gecə finalda İngiltərəyə qalib gələrək Avro-2020-nin qalibi olub.