Kyellininin oyun sonu açıqlamaları
Milli komandalar

Kyellininin oyun sonu açıqlamaları

  • 2021-07-12

"Bu, böyük hekayədir. Xəyalımız gerçəkləşdi. Həqiqətən də bu, sadəcə inanılmazdır. Yarışa yeni başlayanda bir nağılın ecazkar varlığını hiss etmişdik. Hər gün bu hiss yalnız böyüyürdü".
 
UEFA-nın saytına əsasən, bu sözləri İtaliya millisinin kapitanı Corco Kyellini Avro-2020-nin finalında İngiltərəyə qalib gəldikləri matç (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 3:2) barədə danışarkən deyib. O, UEFA-nı rəsmi saytına açıqlamasında fikirlərinə belə davam edib:

"Biz 2006-cı il dünya çempionatında əlində kubok olan Kannavaronun şəklini təsəvvür etdik və bu, bizə uğur gətirdi. Şanslıyam, çünki əvvəlcə Buffonla bir yerdə oynamışam, indi isə Donnarumma ilə birgə oynayıram. Çətin bir oyun idi. Görüşə pis başladıq. Xüsusilə, tribunadakı azarkeşlər rəqibə əlavə enerji verdikləri üçün bizə çətin oldu. Ancaq sakit və soyuqqanlı davrandıq. Bu, vacib idi. Fasilədə danışdıq, ötürmələri yaxşılaşdırmağın, qapıya zərbələr vurmağın lazım olduğunu müzakirə etdik. Qalib gəlməyin yeganə yolunun oyuna nəzarət etmək olduğuna qərar verdik.

Bu qələbəni xəyal edirdik və indi tarix yazdıq. Avropa çempionu olduq. Biz inanılmaz dərəcədə xoşbəxtik. Biz qələbəyə layiqik. Möcüzəvi hadisələrin əlaməti sadəcə havada hiss olunurdu. Bütün İtaliya bu qalibiyyətə layiqdir. İndi zövq almağın vaxtıdır. Həmişə futboldan sevinc və zövq alaraq oynamağa çalışmışıq. İlk dəqiqələrdəki şoka baxmayaraq, oyuna nəzarəti ələ aldıq və sona qədər qoruduq".