"Avro-2020"nin ən yaxşı bombardiri
- 2021-07-12
Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşib.
Bu, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldodur. 36 yaşlı oyunçu sözügedən turnirdə 5 qol (3-ü penaltidən) vurub. Çexiya millisinin oyunçusu Patrik Şik də eyni sayda fərqlənib. Ancaq Ronaldo əlavə göstəricilərdə onu üstələyib. Kriştiano 1 qol ötürməsi versə də, Şik bunu bacarmayıb. Bundan əlavə portuqaliyalı futbolçu (360 dəqiqə) Şiklə (404 dəqiqə) müqayisədə meydanda daha az dəqiqə olub.
Qeyd edək ki, Harri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika), Kərim Benzema (Fransa) və Emil Forsberq (İsveç) hərəyə 4 qolla 3-6-cı pillələri bölüşdürüblər.