Mançininin oyun sonrası açıqlamaları
Milli komandalar

Mançininin oyun sonrası açıqlamaları

  • 2021-07-12

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin finalında İngiltərəyə qalib gəldikləri oyundan (1:1, penaltilər seriyası - 3:2) açıqlama verib.

"RAİ Sport"a əsasən, o, futbolçularının yaxşı oynadığını bildirib:

"Erkən qol buraxdıq, bizim üçün çətin oldu. Ancaq sonra komandam sona qədər üstün oldu. Gözəl futbolçularım var. Başqa nə deyəcəyimi bilmirəm. Bu, İtaliya xalqı, bütün azarkeşlər üçün vacib bir uğurdur. Ümid edirəm ki, azarkeşlər indi bu qələbəmizi qeyd edir".