Oyunun ən yaxşısı Leonardo Bonuççi
- 2021-07-12
Avro-2020-nin finalında keçirilən İtaliya - İngiltərə matçının (1:1, penaltilər seriyası - 3:2) ən yaxşı oyunçusunun adı açıqlanıb.
UEFA-nın saytına əsasən, bu, İtaliya millisinin üzvü Leonardo Bonuççidir.
34 yaşlı müdafiəçi sözügedən qarşılaşmada komandasının bərabərlik qolunun müəllifi olub, eyni zamanda penaltilər seriyasında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.