Milli komandalar

Amerika kubokunun qalibi - Argentina

  • 2021-07-11

Amerika kubokunun qalibi müəyyənləşib.

Final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb. Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 22-ci dəqiqədə Anxel di Mariya vurub.

Argentina - Braziliya - 1:0
Qol:
 Anxel di Mariya, 22

Bununla da Argentina 28 ildən sonra yenidən  turnirin kubokunu qazanıb. Bu, yığmanın tarixində 15-ci Amerika kuboku olub.