Milli komandalar

Kolumbiya Amerika kubokunda 3-cü oldu

  • 2021-07-10

Amerika kubokunda üçüncü yerin sahibi müəyyənləşib.

Bürünc medal uğrunda görüşdə Kolumbiya və Peru milliləri qarşılaşıb. Matç Kolumbiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Kolumbiya - Peru - 3:2
Qollar
: Yotun, 45 (0:1), Kuadrado, 49 (1:1), Dias, 66 (2:1), Lapadula, 82 (2:2), Dias, 90+4 (3:2)

Qeyd edək ki, Amerika kubokunun finalında Argentina və Braziliya qarşılaşacaq. Həlledici görüş sabah keçiriləcək.