Oyunun ən yaxşısı Harri Keyn
- 2021-07-08
Avro-2020 ikinci yarımfinal mərhələsində keçirilən İngiltərə və Danimarka oyununun ən yaxşı futbolçusu məlum olub.
UEFA-nın saytına əsasən, matçın ən yaxşısı İngiltərə millisinin üzvü Harri Keyn seçilib. O, görüşün 114-cü dəqiqəsində 11 metrlik cərimə zərbəsini yerinə yetirib. Qapıçı Kasper Şmayxel ilk zərbəni dəf etsə də, Harri Keyn təkrar zərbə ilə komandasını hesabda irəli çıxarıb.