Avro-2020-nin yarımfinal oyununu buraxacaq
Milli komandalar

Avro-2020-nin yarımfinal oyununu buraxacaq

  • 2021-07-06

İspaniya millisinin futbolçusu Pablo Sarabiya bu gün Avro-2020-nin yarımfinalında keçiriləcək İtaliya ilə matçı buraxacaq.

Xarici KİV-lərə əsasən, bu barədə komandanın baş məşqçisi Luis Enrike danışıb. O, 29 yaşlı yarımmüdafiçinin zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcəyini qeyd edib: "Pablo Sarabiya xaricində hər kəs oynamağa hazırdır. O, oyunda iştirak edə bilməyəcək. Qalan futbolçular fiziki cəhətdən yaxşı hazırlaşıb, oyunu səbirsizliklə gözləyirlər".

Qeyd edək ki, Sarabiya 1/4 finalda Belçika ilə matçda (2:1) zədələnib.

Əlavə edək ki, İtaliya - İspaniya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.