Milli komandalar

Braziliya finalda

  • 2021-07-06

Amerika kubokunda ilk finalçı müəyyənləşib.

Birinci yarımfinal oyununda Braziliya və Peru yığmaları qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Braziliya finala yüksəlib. Yeganə qolu 35-ci dəqiqədə Luka Paketa vurub.

Milli komanda finalda Argentina - Kolumbiya matçının qalibi ilə qarşılaşacaq.

6 iyul

Braziliya - Peru - 1:0
Qol:
 Paketa, 35