Cüneyt Çakır qarşıdakı 3 oyunun heç birinə təyinat almadı
Milli komandalar

Cüneyt Çakır qarşıdakı 3 oyunun heç birinə təyinat almadı

  • 2021-07-05

Avro-2020-nin yarımfinal və final oyunları üçün hakim təyinaları açıqlanıb.

UEFA-nın saytına əsasən, türkiyəli referi Cüneyt Çakır qarşıdakı 3 oyunun heç birinə təyinat almayıb.

İyulun 6-da keçiriləcək İtaliya - İspaniya yarımfinalını almaniyalı Feliks Brix idarə edəcək. İyulun 7-də oynanılacaq digər yarımfinal - İngiltərə - Danimarka görüşü isə niderlandlı Denni Makkeileyə tapşırılıb. İyulun 11-də olacaq final qarşılaşmasının baş hakimi isə niderlandlı Byörn Kuypers olacaq. Bu, Kuypersin karyerasında ilk Avropa çempionatı finalı kimi tarixə düşəcək.