İngiltərə millisindən tarixi nailiyyət
Milli komandalar

İngiltərə millisindən tarixi nailiyyət

  • 2021-07-04

Avro-2020-nin 1/4 finalında Ukraynaya 4 cavabsız qolla qalib gələn İngiltərə millisi rekorda imza atıb.

Britaniyalılar tarixində ilk dəfə Avropa çempionatının 5 oyununun heç birində qapısından top buraxmayıb.

Komanda həmçinin, ardıcıl 7 matçda (662 dəqiqə) qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, qrup mərhələsində Xorvatiya və Çexiyaya 1:0 hesabı ilə qalib gələn İngiltərə millisi Şotlandiya ilə qolsuz heç-heçə edib. 1/8 finalda Almaniyaya 2:0 hesabı ilə qalib gələn Qaret Sautqeytin komandası 1/4 finalda Ukrayna yığmasını 4:0 məğlub edib. İngilislər yarımfinalda Danimarka ilə üz-üzə gələcək. Oyun iyulun 7-də Londondakı "Uembli" stadionunda keçiriləcək.