25 il sonra ilk dəfə...
- 2021-07-04
İngiltərə millisi 25 il sonra ilk dəfə Avropa çempionatlarının yarımfinal mərhələsinə adlayıb.
Britaniya mətbuatına əsasən, yığma buna ötən gecə Avro-2020-nin 1/4 finalında Ukraynaya qalib gəlməklə (4:0) nail olub. Beləliklə, Qaret Sautqeytin kollektivi yarımfinala adlayıb.
İngiltərə millisi son dəfə 1996-cı ildə Avropa çempionatının 1/2 finalında mübarizə aparıb.
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Danimarka ilə qarşılaşacaq. İyulun 7-də "Uembli" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.