"Avro-2020"də 1/4 finalın ikinci günü
Milli komandalar

"Avro-2020"də 1/4 finalın ikinci günü

  • 2021-07-03

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.

Sonuncu oyun günündə iki matç keçiriləcək. Əvvəl Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

3 iyul

1/4 final

20:00. Çexiya - Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə
Baş hakim:
 Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu