"Bu futbolçular qəhrəmandırlar"
Milli komandalar

"Bu futbolçular qəhrəmandırlar"

  • 2021-07-03

"Bu futbolçular qəhrəmandırlar. Mən komandamla, bütün oyunçularla qürur duyuram. Onlar hər şeylərini, bütün güclərini ortaya qoydular".

Xarici KİV-lərə əsasən, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avro-2020-nin 1/4 finalında İspaniyaya məğlub olduqları matç (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 1:3) haqqında danışarkən deyib: 

"Onsuz da rəqibin gücünü bilirdik. Çünki artıq çox böyük uğurlar əldə ediblər. Penaltilər seriyasında məğlub olduğumuza baxmayaraq evə qürurla gedirik. Bu lotereya idi. Təəssüf ki, qırmızı vərəqə son mərhələdə və əlavə vaxtda oyunumuzu çətinləşdirdi. Ancaq komandam mübarizəyə davam etməyə layiq idi".

Qeyd edək ki, İspaniya yığmasının yarımfinaldakı rəqibi İtaliya millisidir.