Enrike: "Turnirin qalibi ola bilərik"
- 2021-07-03
İspaniya millisinin baş məşqçisi Luis Enrike Avro-2020-nin 1/4 finalında İsveçrəyə qalib gəldikləri matç (əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası - 1:3) haqqında danışıb.
UEFA-nın saytına əsasən, 51 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
"Bu karyeramdakı ən rahat penalti seriyalarından biri idi. Çünki düzgün hazırlaşmışdıq, məşqdə hər şeyin üzərində işləmişdik. Lap əvvəldən demişdim ki, biz 7 və ya 8 favorit komanda arasındayıq. Bu, mübaliğə deyil. Turnirin qalibi ola bilərik. İndi isə mübarizəni davam etdirən 4 komandadan biriyik".
Qeyd edək ki, İspaniya yarımfinalda İtaliya ilə üz-üzə gələcək.