Oyunun ən yaxşısı Unai Simon
Milli komandalar

Oyunun ən yaxşısı Unai Simon

  • 2021-07-03

Avro-2020-nin 1/4 finalında keçirilən İsveçrə - İspaniya matçının (1:1, penaltilər seriyası - 1:3) ən yaxşı oyunçusu müəyyənləşib.

UEFA-nın saytına əsasən, bu, İspaniya millisinin qapıçısı Unai Simondur.

24 yaşlı qolkiper penaltilər seriyasında iki seyv etməklə komandasının qələbə qazanmasında mühüm rol oynayıb.