Kevin de Brüynenin start heyətində meydana çıxa biləcəyi ehtimal edilir
Milli komandalar

Kevin de Brüynenin start heyətində meydana çıxa biləcəyi ehtimal edilir

  • 2021-07-02

Belçika millisinin yarımmüdafiəçisi Kevin de Brüyne “Avro-2020”nin İtaliyaya qarşı 1/4 final matçında iştirak edə biləcək.

Belçika mətbuatına əsasən, 1/8 finalın Portuqaliyaya qarşı görüşündə zədələnən təcrübəli oyunçunun durumu hazırda yaxşıdır və o, bugünkü görüşdə komandasına kömək edə biləcək. Onun start heyətində meydana çıxa biləcəyi ehtimal edilir.

Xatırladaq ki, Belçika – İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.