"Avro-2020"də 1/4 finalın ilk günü
Milli komandalar

"Avro-2020"də 1/4 finalın ilk günü

  • 2021-07-02

Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start veriləcək.

İlk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə İsveçrə İspaniya ilə üz-üzə gələcək. Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq.

Avro-2020, 1/4 final

2 iyul


20:00. İsveçrə - İspaniya
Baş hakim:
 Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"

23:00. Belçika - İtaliya
Baş hakim:
 Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"