Çiro İmmobilenin 1/4 final oyunu haqqındakı fikirləri
Milli komandalar

Çiro İmmobilenin 1/4 final oyunu haqqındakı fikirləri

  • 2021-07-01

İtaliya millisinin futbolçusu Çiro İmmobile Avro-2020-nin 1/4 finalında Belçika ilə keçirəcəkləri oyun haqqında fikirlərini bölüşüb.

O, rəqibin güclü heyətə və təcrübəyə sahib olduğunu vurğulayıb:

"Belçika millisi FİFA reytinqində birinci yeri tutur. Heyətində möhtəşəm oyunçular var. Onların böyük potensialı olduğunu bilirik. Diqqətli davranmalıyıq və eyni zamanda stabil oynamağa çalışmalıyıq. Bəlkə də Belçika millisi bizdən daha təcrübəlidir. Amma biz coşquluyuq. İtalyan ruhu sayəsində yarımfinala çıxa bilərik”.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək Belçika - İtaliya matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.