Qaret Sautqeyt Ukrayna ilə keçirəcəkləri matç haqqında danışıb
Milli komandalar

Qaret Sautqeyt Ukrayna ilə keçirəcəkləri matç haqqında danışıb

  • 2021-07-01

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2020-nin 1/4 final mərhələsində Ukrayna ilə keçirəcəkləri matç haqqında danışıb.

Britaniya mətbuatına əsasən, 50 yaşlı mütəxəssis deyib:
“Almaniya ilə oyundan (2:0) sonra futbolçular paltardəyişmə otağında mahnı oxudular və sevindilər. Şənbə günü Ukraynaya məğlub olsaq, bütün bunların mənası olmayacaq. Şadam ki, futbolçuların sevinmək üçün bir səbəbi var, amma çalışmalıyıq. Milli komanda tarixində yalnız bir dəfə Avropa çempionatının yarımfinalına çıxıb. Biz daha artığını etməliyik”.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Ukrayna – İngiltərə matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.