Bakıdakı son oyun ona həvalə olunub
- 2021-07-01
Avro-2020-nin 1/4 finalında Bakıda keçiriləcək Çexiya - Danimarka oyunu üçün hakim təyinatları açıqlanıb.
Matçı Niderland Futbol Federasiyasından Byörn Kuypers idarə edəcək. Ona həmyerliləri Sander van Roekel və Ervin Zeinstra köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sergey Karasev (Rusiya) yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 3-ü Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.