İtaliya millisində sevindirici xəbər
Milli komandalar

İtaliya millisində sevindirici xəbər

  • 2021-07-01

İtaliya millisinin futbolçusu Alessandro Florenzi zədəsini sağaldıb.

UEFA-nın saytına əsasən, 30 yaşlı müdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. O, Avro-2020-nin qrup mərhələsinin ilk turunda Türkiyə qarşı matçda (3:0) kəllə-beyin travması almış və qalan görüşləri buraxmışdı.

Qeyd edək ki, İtaliya 1/4 finalda iyulun 2-i Belçika ilə qarşılaşacaq.