İngiltərə - Ukrayna matçının hakimləri müəyyənləşdi
Milli komandalar

İngiltərə - Ukrayna matçının hakimləri müəyyənləşdi

  • 2021-07-01

Avro-2020-nin 1/4 finalında keçiriləcək İngiltərə - Ukrayna matçının hakimləri müəyənləşib.

Görüşün baş hakimi Almaniya Futbol Federasiyasından Feliks Brix olacaq. Ona həmyerliləri Mark Borş və Ştefan Lupp köməklik göstərəcək. Dördüncü hakim funskiyasını Karles del Serro Qrande (İspaniya) yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 3-ü Romada keçiriləcək İngiltərə - Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.