"Avro-2020"nin ən yaxşıları
- 2021-06-30
“Avro-2020”nin 1/8 final mərhələsindən sonra yarışın statistik göstəriciləri açıqlanıb.
UEFA-nın hesabatına əsasən, ən çox qol vuran və topa ən çox sahib olan komanda İspaniyadır. Luis Enrikenin komandası yarışda 11 dəfə rəqib qapısına yol tapıb və ümumən 67.5 faiz topu özündə saxlayıb. Ümumi statistik göstəricilər aşağıdakı kimidir:
Komandalar arasında
Ən çox qol vuran: İspaniya - 11
Topa ən çox sahib olan: İspaniya - 67.5
Ən dəqiq ötürmə edən: Almaniya – 89.3
Qapıya ən çox zərbə vuran: İtaliya – 87
Topu rəqibdən ən çox ələ keçirən: Almaniya – 69
Ən çox seyv edən: Uels – 18
Ən çox quru oyun keçirən: İngiltərə - 8
Futbolçular arasında
Ən çox qol vuran: Ronaldo (Portuqaliya) – 5
Ən çox qol ötürməsi edən: Stiven Suber (İsveçrə) – 4
Ən sürətli qaçan: Spinatsolla (İtaliya): 33.8
Ən çox məsafə qət edən: Zabitser (Avstriya) – 48.7
Çərçivəyə ən çox zərbə endirən: Ronaldo (Portuqaliya) – 8
Ən çox dəqiq ötürmə edən: Ceyms (İngiltərə) – 99
Topu rəqibdən ən çox ələ keçirən: Layner (Avstriya) – 14
Ən çox seyv edən: Uğurcan Çakır (Türkiyə) – 18