Toni Kroosdan gözlənilməz qərar
Milli komandalar

Toni Kroosdan gözlənilməz qərar

  • 2021-06-30

Toni Kroos Almaniya millisində karyersını başa vurmağa hazırlaşır.

Bu haqda “Bild” nəşri məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçinin bu qərarını yaxın vaxtlarda açıqlayacağı bildirilib.

Qeyd edək ki, Almaniya millisi dünən Avro-2020-nin 1/8 finalında İngiltərəyə uduzaraq (0:2) mübarizəni erkən dayandırıb.

Toni Kroos millisi 2010-cu ildən oynayır. O, həmin il dünya üçüncüsü, 2014-cü ildə isə dünya çempionu olub.