"Bütün Ukraynanın sevgisini qazandıq"
Milli komandalar

"Bütün Ukraynanın sevgisini qazandıq"

  • 2021-06-30

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/8 finalında İsveçə qalib gələrək növbəti mərhələyə adladıqları matç (2:1) haqqında danışıb.

tribuna.com-a əsasən, təcrübəli mütəxəssis deyib:

"Oyundan əvvəl yarımmüdafiə xəttini bir az möhkəmlətməyə qərar verdik. Yarımmüdafiəçilərdən çox işləmələrini xahiş etdik. Oyuna nəzarət etməyə çalışdıq, amma bu, həmişə işə yaramadı. Lakin komanda mənim təlimatlarıma tamamilə əməl etdi. Tələsmirdik, topu cinahdan cinaha ötürdük, buna görə ilk qolu biz vurduq. Rəqib çox yaxşı çıxış etdi. Maraqlı futbol oynanıldı. Heç kim uduzmaq istəmirdi, ona görə də belə bir dramatik matç keçdi".

Şevçenko azarkeşlərə, komandaya və bu qələbəyə görə zəng vuraraq onları təbrik edən ölkə prezidenti Volodimir Zelenskiyə təşəkkür etməyi unutmayıb:

"Bizi dəstəkləməyə gələn hər kəsə minnətdaram. Ailəm və övladlarım da gəlmişdi. Bu nəticəni əldə etməyi çox istəyirdim. Komandama da sərf etdikləri enerjiyə, göstərdikləri qəhrəmanlığa görə təşəkkür edirəm. Prezidentimizə də minnətdaram. Bizə zəng etdi və dəstək oldu. Bilirik ki, onlar bizim üçün çalışırlar. Komandamız öz oyunu və fədakarlığı ilə bütün Ukraynanın sevgisini qazandıq".

Çalışdırıcı 1/4 finaldakı rəqibləri İngiltərə millisin də dəyərləndirib:

"Çətin bir matç olacaq. Kiminlə qarşılaşacağımızı bilirik. Qalib gəlməyə görə hazırlaşmaq üçün vaxt var. Sabah Romaya uçub, hazırlığa başlayacağıq".