"Məğlub olmağımız dəhşətlidir"
Milli komandalar

"Məğlub olmağımız dəhşətlidir"

  • 2021-06-30

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin 1/8 finalında İngiltərəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyunu şərh edib.

UEFA-nın saytına əsasən, o, matçla bağlı deyib:

“Bu, hamımız üçün böyük məyusluqdur. Avropa çempionatında daha çox şey qazanacağımıza ümid edirdik və komandamıza inanırdıq. Bu cür matçlarda əlinizdəki az şansdan istifadə etmək lazımdır. Timo Verner və Tomas Müller, təəssüf ki, onlar qol vura bilmədilər. Ümumiyyətlə, məğlub olmağımız dəhşətlidir".